Lukaşenko Avropanın Rusiya-Ukrayna danışıqlarında iştirakını irəliləyiş adlandırıb
25 noyabr 2026, 15:17 · Mənbə: Report.az

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində Avropa ölkələrinin iştirakını irəliləyiş hesab edir.
Yeniliklərdən dərhal xəbərdar olun!
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində Avropa ölkələrinin iştirakını irəliləyiş hesab edir.
"Report" xəbər verir ki, o, bu barədə Fransanın "Le Point" jurnalına müsahibəsində bildirib.
Avropa ölkələri nümayəndələrinin danışıqlarda iştirakının zəruriliyi barədə sualı cavablandıran Lukaşenko onların bu prosesdə yer almasını müsbət qiymətləndirib. O əlavə edib ki, danışıqlar prosesi faktiki olaraq ilkin mərhələyə qayıdıb, tərəflər isə yenidən mövqeləri uzlaşdırmalı və ilk addımları atmalıdırlar.
Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında baş tutmuş danışıqları şərh edən Belarus Prezidenti Avropa ölkələrinin danışıqlar prosesinin gedişindən məlumatlı olduğunu qeyd edib. Onun sözlərinə görə, Rusiyanın Avropanın iştirakına razılıq verməsi dialoqun irəliləməsini nümayiş etdirir.
"Rusiya ümumiyyətlə avropalıların iştirakına tərəfdar deyildi. Lakin indi buna razılıq verib. Gördüyünüz kimi, hərəkətlilik var və danışıqlar prosesi buna əsaslanır. Birinci raund azdır. İkinci raund və avropalıların iştirakı irəliləyişdir", - Lukaşenko vurğulayıb.
Oxşar xəbərlər



Dünya
Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib
Report.az · 25 noyabr 2026, 14:17

Dünya
Nazir: Litva şirkəti Araz iqtisadi zonasına 50 milyon manatlıq investisiya yatırıb
Report.az · 25 noyabr 2026, 13:17