Ağdam Dövlət Sosial İqtisad Kollecinin 100 illiyi qeyd olunub
25 noyabr 2026, 14:47 · Mənbə: Report.az

Ağdam Dövlət Sosial İqtisad Kollecinin yaradılmasının 100 illiyi qeyd edilib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Ağdam Dövlət Sosial İqtisad Kollecinin yaradılmasının 100 illiyi qeyd edilib.
"Report"un Qarabağ bürosunun məlumatına görə, bu münasibətilə Ağdam rayonunun Quzanlı qəsəbəsində tədbir keçirilib.
Fotoqalereya
1 / 4Ağdam Dövlət Sosial İqtisad Kollecinin 100 illiyi qeyd olunub
Tədbirdə çıxış edən kollecin direktoru Neymət Rüstəmli Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin 1925-ci ildə təsis edilən Ağdam Kənd Təsərrüfatı Texnikumunun hüquqi varisi olduğunu bildirib.
Onun sözlərinə görə, Ağdamın 1993-cü ildə işğal olunmasından sonra texnikum öz fəaliyyətini Ağcabədi rayonu 11 saylı orta məktəbin bazasında davam etdirib. Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli 140 saylı qərarı ilə texnikumun bazasında Ağdam Dövlət Sosial-İqtisadi Kolleci yaradılıb. Qeyd olunub ki, Təhsil Nazirliyinin 2008-ci il tarixli məktubuna əsasən, kollec Ağdamın Quzanlı qəsəbəsinə köçürülüb.
Bildirilib ki, hazırda kollecdə 1332 tələbə təhsil alır, onların təlim-tərbiyəsi ilə 117 pedaqoq, 60 texniki işçi məşğul olur.
Oxşar xəbərlər



Elm
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
Report.az · 25 noyabr 2026, 09:47
