TopXəbər

Astarada avtomobil aşıb, ölən var

6 oktyabr 2026, 00:46 · Mənbə: Report.az

Astarada avtomobil aşıb, ölən var

Astarada ölümlə nəticələnən yol qəzası baş verib.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

Astarada ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Hamoşam kəndində qeydə alınıb. Kənd sakini, 1966-cı il təvəllüdlü sürücü Əlikram Ağayev torpaq yolda VAZ-2121-ə ("Niva") idarəetməni itirib, nəticədə avtomobil aşıb. Ə.Ağayev hadisə yerində ölüb.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Astara rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.