"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının cari mövsümündə ilk matçına çıxacaq
27 oktyabr 2026, 09:47 · Mənbə: Report.az

Futzal üzrə Azərbaycan çempionu "Araz-Naxçıvan" bu gün UEFA Çempionlar Liqasının 2026/2027 mövsümündə ilk oyununu keçirəcək.
Yeniliklərdən dərhal xəbərdar olun!
Futzal üzrə Azərbaycan çempionu "Araz-Naxçıvan" bu gün UEFA Çempionlar Liqasının 2026/2027 mövsümündə ilk oyununu keçirəcək.
"Report" xəbər verir ki, Naxçıvan təmsilçisi əsas mərhələnin I turunda Macarıstan çempionu "Uypeşt"lə üz-üzə gələcək.
Matç Polşanın Qlivise şəhərindəki "Prezero Arena"da, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Qarşılaşmanı fransalı Viktor Şe idarə edəcək. Ona latviyalı Sergey Saçmans və İqor Yaçeviç kömək göstərəcəklər. Görüşün "timekeeper"i polşalı Dominik Lorke, hakim-inspektoru almaniyalı Sven Eyxler, UEFA nümayəndəsi isə ukraynalı Marina Kirilyuk olacaq.
Qeyd edək ki, "Araz-Naxçıvan" yer aldığı V qrupda oktyabrın 28-də Bosniya və Herseqovinanın "Buba Mara", 30-da isə Polşanın "Piast" komandası ilə qarşılaşacaq.
Oxşar xəbərlər

İdman
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
Report.az · 6 noyabr 2026, 20:47



İdman
"Mingəçevir" 3000 manat cərimələnib, komandaya texniki məğlubiyyət verilib
Report.az · 6 noyabr 2026, 12:17