Amazon axtarış çubuğunda süni intellektlə yaradılan məhsullar görünəcək
Amazonun yenilənmiş axtarış çubuğu artıq istifadəçilərin təsvir etdiyi məhsulların süni intellekt tərəfindən yaradılmış şəkillərini göstərəcək. İstifadəçilər uyğun şəkillərə toxunaraq oxşar məhsulları axtara biləcəklər.
Amazonun yenilənmiş axtarış paneli artıq istifadəçilərin təsvir etdiyi məhsulların süni intellekt tərəfindən yaradılan şəkillərini təqdim edir. Funksiya hazırda yalnız geyim və ev əşyalarının AI şəkillərini göstərir. İstifadəçilər axtardıqları məhsula ən uyğun olan şəkilə toxunub oxşar əşyaları tapa bilərlər.
Amazon öz bloqunda bu aləti xüsusi tekstura və ya üslubun adını xatırlamayanlar üçün faydalı sayır. Məsələn, “cowl neck” yerinə “drapeli yaxalıqlı köynək” yazarkən məhsulları tapmaqda köməkçi olur. Sadə axtarışlarda isə, məsələn “mavi t-shirt” kimi ifadələrdə əlavə fayda vermir.

Google keçən il AI Mod funskiyasını təqdim etmişdi. Bu, saxta geyim və dekorasiya şəkilləri yaradaraq real məhsulların oxşarlarını tapmaqda kömək edir. Onlayn pərakəndəçilər isə Gemini və ChatGPT ilə əməkdaşlıq edərək süni intellektdən alış-verişdə daha çox istifadə edirlər.
Lakin Amazonun digər “stilə görə alış” funksiyası üçün süni intellekt saxta məhsullar yaratmır. Bu funksiya axtarılan geyimlə bağlı süni intellekt tərəfindən hazırlanan kollajlar nümayiş etdirəcək.

Məsələn, denim şort axtarışında Amazon, denim şortlu müxtəlif təklif olunan geyimlərin karusellini göstərir. Karuseldəki geyimlər süni intellekt tərəfindən yaradılır, lakin içindəki məhsullar gerçəkdir və onları almaq mümkündür. Bu xüsusiyyət Android və iOS üçün Amazon tətbiqinə əlavə edilir.
The Verge
Amazon’s search bar will invent AI-generated products you can’t buy
Orijinal məqaləyə keç

