AİİB-in 12-ci İllik Toplantısı Azərbaycanda keçiriləcək
29 sentyabr 2026, 17:45 · Mənbə: Report.az

Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək.
Yeniliklərdən dərhal xəbərdar olun!
Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Dohada keçirilən 11-ci İllik Toplantı çərçivəsində AİİB Müdirlər Şurasının qərarı ilə növbəti İllik Toplantıya ev sahibliyinin Azərbaycana ötürülməsi ilə bağlı təşkil olunan mərasimdə iştirak etdik. Ölkəmizə göstərilən yüksək etimada görə təşəkkürümüzü bildiririk. Bu qərar Azərbaycanın AİİB ilə möhkəm tərəfdaşlığını, ölkəmizin beynəlxalq maliyyə və investisiya platformalarında fəal rolunu əks etdirir. Belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın daha da genişləndirilməsinə, yeni investisiya imkanlarının təşviqinə və dayanıqlı iqtisadi inkişafın dəstəklənməsinə töhfə verəcək", - deyə o qeyd edib.
Qeyd edək ki, AİİB Rəhbərlər Şurasının iclası iyulun 14-15-də Bakıda keçiriləcək.
Oxşar xəbərlər

İqtisadiyyat
Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb
Report.az · 14 oktyabr 2026, 21:47

İqtisadiyyat
Kalshi CEO-si ABŞ-da proqnoz bazarlarının dövlət nəzarətinə məruz qalmasının onları xaricə çıxaracağını deyib
CoinDesk · 14 oktyabr 2026, 20:51

İqtisadiyyat
EasyA 1,1 milyard dollar dəyərə çatıb, 2027-ci ildə birjada açıq satışa və tokenləşdirilmiş paylara hazırlaşır
CoinDesk · 14 oktyabr 2026, 19:20

İqtisadiyyat
Qazaxıstanın IMF-ə yeni töhfəsi Azərbaycana da təsir edəcək
Report.az · 14 oktyabr 2026, 18:47