Aİ Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək - EKSKLÜZİV
29 sentyabr 2026, 13:45 · Mənbə: Report.az

Aİ Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə işçi qrupunun (COEST) nümayəndə heyəti Ermənistana səfərindən sonra Azərbaycana səfər etməyi planlaşdırır.
Yeniliklərdən dərhal xəbərdar olun!
Aİ Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə işçi qrupunun (COEST) nümayəndə heyəti Ermənistana səfərindən sonra Azərbaycana səfər etməyi planlaşdırır.
Bu barədə "Report"un Avropa bürosu Avropa təsisatlarındakı mənbələrinə istinadən xəbər verir.
Mənbələrin sözlərinə görə, nümayəndə heyətinin səfəri Aİ-Azərbaycan münasibətlərini və regional məsələləri müzakirə etmək məqsədi daşıyır və Aİ-nin regiondakı tərəfdaşlarla müntəzəm dialoq və əməkdaşlığının bir hissəsidir.
Ötən gün COEST nümayəndə heyəti Ermənistana səfər edib və hökumət nümayəndələri ilə görüşlər keçirib. Xüsusilə Ermənistan və Aİ arasında münasibətlərin gündəliyi, Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin (CEPA) həyata keçirilməsi, Strateji Tərəfdaşlıq Gündəliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və nəqliyyat bağlantısının inkişafı müzakirə olunub.
Ermənistan tərəfi, həmçinin nümayəndə heyətinə Ermənistanla Azərbaycan arasında sülhün institutlaşdırılması üzrə addımları və Cənubi Qafqazda sülhün bərqərar olması ilə əlaqədar yaranmış regional əməkdaşlıq imkanlarını təqdim edib.
COEST Aİ Şurasının Şərqi Avropa və Mərkəzi Asiya ölkələri, o cümlədən Ermənistan və Azərbaycanla münasibətlər üzrə fəaliyyətini hazırlayır və əlaqələndirir, habelə bu dövlətlərlə bağlı siyasi məsələlər üzrə Şuranın mövqelərini hazırlayır.
Oxşar xəbərlər

Siyasət
İspaniya Ali Məhkəməsi Puigdemontun həbs qərarını ləğv edib
Deutsche Welle · 6 oktyabr 2026, 18:18

Siyasət
Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz
Report.az · 6 oktyabr 2026, 18:17

Siyasət
Cornell Universitetində qrup zorlaması işi üzrə xüsusi prokuror tənqid olunur
BBC News · 6 oktyabr 2026, 18:19

Siyasət
Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə edib
Report.az · 6 oktyabr 2026, 17:45