TopXəbər

AFP Azərbaycan istehkamçılarının Qarabağın minalardan təmizlənməsində rolundan bəhs edib

12 noyabr 2026, 10:47 · Mənbə: Report.az

AFP Azərbaycan istehkamçılarının Qarabağın minalardan təmizlənməsində rolundan bəhs edib

Azərbaycanın uzun illər ərzində Ermənistanın işğalı altında olmuş Qarabağ və ətraf rayonları dünyada minalarla ən çox çirklənmiş ərazilərdən biri olaraq qalır.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycanın uzun illər ərzində Ermənistanın işğalı altında olmuş Qarabağ və ətraf rayonları dünyada minalarla ən çox çirklənmiş ərazilərdən biri olaraq qalır.

"Report" xəbər verir ki, bu barədə "France Presse" agentliyinin Azərbaycanın Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndindən hazırladığı reportajda qeyd olunub.

Materialda keçmiş cəbhə xəttində Rokki adlı iti ilə birlikdə mina və partlamamış hərbi sursatların axtarışı ilə məşğul olan minaaxtaran Əfsanə Bayramovadan bəhs edilib.

"Onların işi keçmiş məcburi köçkünlərin doğma yaşayış məntəqələrinə təhlükəsiz şəkildə qayıtması üçün şərait yaratmağa kömək edir", - agentlik vurğulayıb.

Xəbər yenilənir