AFFA-nın yeni layihələri uşaq, yeniyetmə və qadın futbolunun inkişafına töhfə verəcək
12 oktyabr 2026, 11:47 · Mənbə: Report.az

"Match.affa.az" saytı və "AFFA İstedadlar" sosial media kanalları uşaq, yeniyetmə və qadın futbolunun inkişafına töhfə verəcək.
Yeniliklərdən dərhal xəbərdar olun!
"Match.affa.az" saytı və "AFFA İstedadlar" sosial media kanalları uşaq, yeniyetmə və qadın futbolunun inkişafına töhfə verəcək.
"Report" xəbər verir ki, bunu AFFA-nın Skautinq Departamentinin üzvü Ziya Əskərov aşağı yaş qrupları ilə əlaqədar yeni match.affa.az saytının və @AFFA.istedadlar sosial media layihəsinin təqdimat mərasimində deyib.
"Platformada U-8-dən U-19-dək oğlanlar arasında keçirilən yarışlar, Qadınlar Superliqası, Qızlar liqaları və "Məktəbli Kuboku" ilə bağlı məlumatlar əks olunur. Klubların operatorları matç zamanı qol, sarı və qırmızı vərəqə, həmçinin oyunçu dəyişiklikləri kimi məlumatları operativ şəkildə bazaya daxil edirlər. Bu göstəricilər canlı rejimdə turnir cədvəllərinə və futbolçu statistikalarına təsir göstərir. Mövsüm bitdikdən sonra toplanan bütün göstəricilər arxivləşdirilərək saxlanılacaq", - deyə o bildirib.
AFFA rəsmisi "Eyeball" platforması və VEO kameraları vasitəsilə aparılan təhlillərə də toxunub:
"Oyunların təhlili əsasında həftənin rəmzi "11-liy"i, ən yaxşı qolları, asisstentləri və qapıçı seyvləri müəyyənləşdirilir. Həmin videoçarxlar @AFFA.istedadlar sosial media kanallarında paylaşılır ki, bu da gənc futbolçuların motivasiyasının artırılmasında böyük rol oynayır".
Oxşar xəbərlər

İdman
Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib
Report.az · 20 oktyabr 2026, 09:17

İdman
UEFA FIFA-dan İnfantinonun yeni şirkət yaratmaq təşəbbüsü ilə bağlı izahat tələb edib
Report.az · 20 oktyabr 2026, 04:17

İdman
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Borussiya" ilə oyunu səbirsizliklə gözləyirik"
Report.az · 19 oktyabr 2026, 20:17

İdman
Daniel Svensson: "Sabah"la oyunda meydana qələbə üçün çıxacağıq"
Report.az · 19 oktyabr 2026, 19:47