Abşeronda qonşular arasında baş verən münaqişə ölümlə nəticələnib
26 sentyabr 2026, 23:14 · Mənbə: Report.az

Abşeron rayonu ərazisində sentyabrın 26-da gecə saatlarında avtomobil siqnalına görə qonşular arasında mübahisə baş verib.
"Report"un yerli bürosunun məlumatına görə, rayon sakini Əli Axundovla qonşusu İbrahim Həmidov arasında yaranan mübahisəyə Ə. Axundovun oğlu Nadir qoşularaq kəsici alətlə İ. Həmidova xəsarət yetirib.
Tərəfləri sakitləşdirməyə çalışan İ. Həmidovun qohumu S. Mamedov da xəsarət alıb. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 2009-cu il təvəllüdlü N. Axundov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər


Ölkə
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Report.az · 18 oktyabr 2026, 14:17

