Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb
5 oktyabr 2026, 23:15 · Mənbə: Report.az

Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb.
"Report"un yerli bürosunun məlumatına görə, 1994-cü il təvəllüdlü Cavid Nəzərli oktyabrın 2-də Ceyranbatan qəsəbəsində keçirilən toy mərasimində Tofiq Amanov və Müsül Mirzəyev tərəfindən döyülüb.
Ağır xəsarətlər alan C. Nəzərli təcili tibbi yardım avtomobili ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Vəziyyəti ağır olan yaralı bir neçə gün komada qalıb. Həkimlərin səylərinə baxmayaraq, zərərçəkənin həyatını xilas etmək mümkün olmayıb, o, bu gün xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər




Ölkə
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Report.az · 18 oktyabr 2026, 14:17