ABŞ-də Trampın prezidentliyinin başlanğıcından 250 min viza ləğv edilib
1 oktyabr 2026, 07:45 · Mənbə: Report.az

ABŞ Dövlət Departamenti Donald Trampın 2025-ci ildə prezident vəzifəyə başlamasından bəri 250 000-dən çox vizanı ləğv edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Dövlət Departamenti Donald Trampın 2025-ci ildə prezident vəzifəyə başlamasından bəri 250 000-dən çox vizanı ləğv edib.
"Report"un məlumatına görə, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tommi Piqott "Fox News"a bildirib.
"Prezident Tramp və dövlət katibi (Marko) Rubionun rəhbərliyi altında Dövlət Departamenti 250 000-dən çox vizanı ləğv edib - bu, Amerika xalqını qorumaq üçün sarsılmaz öhdəliyimizi əks etdirən tarixi mərhələdir", - o deyib.
Piqott qeyd edib ki, ABŞ hakimiyyəti tərəfindən verilən hər bir viza qərarı ölkənin milli təhlükəsizliyi ilə bağlı qərardır. O, bildirib ki, ABŞ davamlı yoxlamalar vasitəsilə cinayət törədənləri, terrorizmi dəstəkləyənləri və ya ABŞ immiqrasiya sistemindən sui-istifadə edənləri görünməmiş miqyasda müəyyənləşdirib.
"ABŞ vizası hüquq deyil, imtiyazdır və bu imtiyazın şərtlərini pozsanız, onu itirirsiniz", - Piqott əlavə edib.
Oxşar xəbərlər

Dünya
Əthiopiyada Tigray münaqişəsi nəzarətdən çıxmaq təhlükəsi yaradır
France 24 · 6 oktyabr 2026, 18:17

Dünya
Aİ Ukraynanın üzvlüyünə hazırlıq işlərini sürətləndirir
Kyiv İndependent · 6 oktyabr 2026, 18:17

Dünya
Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
Report.az · 6 oktyabr 2026, 18:17

Dünya
İranda hicab tələbləri sosial təzyiqlərlə həyata keçirilir
Deutsche Welle · 6 oktyabr 2026, 18:18