ABŞ məhkəməsi Aleks Consun Sandy Hook işi üzrə cəriməsini azaltdı
Texas apellyasiya məhkəməsi Aleks Consun 2012-ci ildə Sandy Hook məktəbində baş vermiş kütləvi atəşlə bağlı yalan iddialara görə cəriməsini 50 milyon dollardan 1,5 milyon dollara endirib. Digər məhkəmə qərarları dəyişməyib.
ABŞ-ın Texas ştatındakı məhkəmə konspirasiya nəzəriyyəçisi Aleks Consun cəriməsini azaldıb. O, 2012-ci il Sandy Hook ibtidai məktəbində ölümcül atışmanın “saxta” olduğunu iddia etdiyi üçün cərimələnmişdi.
Texas Üçüncü Apellyasiya Məhkəməsi cümə günü yekdilliklə 50 milyon dollarlıq hökmü 1,5 milyon dollara endirib. Məhkəmə əsas tutub ki, atışmada həyatını itirən 6 yaşlı uşağın valideynləri Nil Heslin və Skarlet Luisin narahatçılıqla bağlı iddiası ştatın zərər ödənişi üzrə 750 min dollarlıq həddini ötmür, çünki onlar sübutları tam təqdim etməyiblər.
Texasda Heslin və Luisin vəkili Mark Benkston deyib: “Ailələr bu qərardan narazıdır, çünki bu yalnız onların 19 iddiasından ikisinə təsir edir. Cons hələ də milyardlarla dollar məsuliyyət daşıyır və bu qərar heç nəyi dəyişmir. Bu, yalnız Texas qanununun məntiqsizliyini göstərir.”
Qərar Consun Konntektikut ştatında verilmiş ayrıca hökmünə təsir etmir. Orada o, atışmanın hökumət tərəfindən silah tənzimləmələrini əsaslandırmaq üçün hazırlanmış dələduzluq olduğunu iddia etdiyi üçün 1,25 milyard dollar cərimə ödəməyə məhkum edilmişdi.
İş Consun qəsdən saxta iddialar yaymaqla—qurbanların və ailələrinin, o cümlədən həlak olmuş uşaqların aktyor olduğu haqda məlumatlar verirək, bu iddiaları Infowars platformasında istifadə etməsiylə bağlıdır. Bu, qurban ailələrinə hədələr və təzyiqlər gətirib. Bir çoxları ölüm təhdidləri alıb və məcburən köçməli olublar.
Cons və onun şirkəti bankrotluq müraciəti edib və aprel ayında Infowars brendindən imtina edib. Lakin Cons internetdə fəaliyyətini davam etdirir, proqramlarını X sosial media platformasında paylaşır.
Cons cümə günü verilən qərarı ABŞ Konstitusiyasında ifadə azadlığını qoruyan “Birinci Düzəliş üçün böyük qələbə” adlandırıb. O, Texas Ali Məhkəməsinə müraciət edərək qalan ittihamların ləğvini istəyəcək.
Cons bildirib: “Məndə yaxşı Konstitusiya hüquqşünasları var və onlar geri çəkilmirlər.”
Al Jazeera
US court slashes Alex Jones fines for Sandy Hook school shooting case
Orijinal məqaləyə keç


