TopXəbər

13 yaşlı Alican qəfil ürək tutmasından vəfat etdi

6 oktyabr 2026, 11:16 · Mənbə: Hürriyet

13 yaşlı Alican qəfil ürək tutmasından vəfat etdi

Türkiyədə 13 yaşlı Alican Başdoğan ürək tutmasından vəfat edib. Onun faciəvi ölümü yaxınlarını və məktəb ictimaiyyətini kədərləndirib.

Hürriyet yazır ki, Türkiyənin Kahramanmaraş şəhərində 13 yaşlı Alican Başdoğan evində yataqda hərəkətsiz halda tapılıb. Ailəsi dərhal 112 Təcili Yardım Xidmətinə müraciət edib.

Alicanın ürək tutmasından dünyasını dəyişdiyi müəyyən edilib. O, Kahramanmaraşın Andırın rayonunda dəfn olunub.

13 yaşında ürək parçalayan vida: Alicanın qəfil ölümü pərəstişkarlarını yasa boğdu
13 yaşında ürək parçalayan vida: Alicanın qəfil ölümü pərəstişkarlarını yasa boğdu

Onun gənc yaşda ölümü ailəsi, yaxınları, məktəb müəllimləri və yoldaşları arasında kədər yaradıb. Kadirli rayon Təhsil İdarəsinin müdiri Erdal Şəkeroğlu məktəb rəhbərliyi və müəllimlərlə birlikdə ailəni ziyarət edərək başsağlığı verib.

13 yaşında ürək parçalayan vida: Alicanın qəfil ölümü pərəstişkarlarını yasa boğdu
13 yaşında ürək parçalayan vida: Alicanın qəfil ölümü pərəstişkarlarını yasa boğdu

Dünya

Rusiya şəhərlərində mobil internet işləməyib

News.ru · 18 oktyabr 2026, 11:47