Zelenskiy Sumiyə hücumda ölənlərin sayını açıqladı
29 sentyabr 2026, 21:18 · Mənbə: Anadolu Ajansı

Ukrayna Prezidenti Volodimir Zelenskiy Sumiyə edilən hücumda 2 nəfərin öldüyünü, 6 nəfərin yaralandığını bildirib.
Anadolu Ajansı yazır ki, Zelenskiy Sumiyə şəhərinin Rusiyanın hədəfi olduğunu açıqlayıb. Hücumda 4 güdümlü bomba şəhərin mərkəzinə və dərslərin aparıldığı məktəb binasına düşüb.
Ukrayna rəhbəri bildirib ki, müəllimlər və məktəb idarəsi sayəsində uşaqlar və müəllimlər sığınacaqlara yerləşdirilib, ümumilikdə 100 nəfər vaxtında təxliyə olunub.
Zelenskiy hadisədə 2 nəfərin öldüyünü, 3-ü uşaq olmaqla 6 nəfərin yaralandığını qeyd edib. O, məktəbin və evlərin hədəf alınmasını terror aktı sayıb və dünya ictimaiyyətini Rusiyaya qarşı münasibət bildirməyə çağırıb.
Eyni zamanda Zelenskiy bildirib ki, ilin sonuna qədər Belçika ilə 3 F-16 döyüş təyyarəsinin verilməsi barədə razılıq əldə olunub. O, Belçika və İspaniya da daxil olmaqla digər ölkələrdən F-16-lar üçün dərhal ehtiyat sursatların gətirilməsini təmin etdiklərini əlavə edib.
Tam mətn
Oxşar xəbərlər

Dünya
İran rəsmisi: ABŞ konqres seçkilərini keçirənədək hərbi münaqişəyə girməyəcək
Report.az · 5 oktyabr 2026, 04:45

Dünya
WSJ: ABŞ bütün bombardmançı təyyarələrini "Ferford" bazasından çıxarıb
Report.az · 5 oktyabr 2026, 03:45

