Zelenski Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələrinin görüşünü elan edib
3 noyabr 2026, 18:17 · Mənbə: Report.az

Rusiya-Ukrayna münaqişəsi üzrə Ukrayna, ABŞ, Avropa ölkələri və NATO nümayəndələrinin görüşü Brüsseldə noyabrın 4-də keçiriləcək.
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya-Ukrayna münaqişəsi üzrə Ukrayna, ABŞ, Avropa ölkələri və NATO nümayəndələrinin görüşü Brüsseldə noyabrın 4-də keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Berlində Almaniya kansleri Fridrix Mertslə mətbuat konfransında bildirib.
Zelenski qeyd edib ki, sabah işlər danışıqlar qrupları səviyyəsində aparılacaq.
Onun sözlərinə görə, Avropa Ukraynanın Rusiya ilə sülhə nail olması prosesində mütləq iştirak etməlidir:
"Biz təhlükəsizlik sahəsindəki bütün çağırışlara, eləcə də bu müharibənin necə və hansı şərtlərlə başa çatmalı olduğu məsələsinə dair vahid Avropa mövqeyini işləyib hazırlamaq üçün əlimizdən gələni edirik. Sülh ləyaqətli olmalıdır və yalnız bu halda o, uzunmüddətli ola bilər. Bu, bizim əsas prinsiplərimizdən biridir. Sabah Brüsseldə bizim komandalarımız da işləyəcək. ABŞ, Avropa, NATO və Ukrayna nümayəndələrinin iştirakı ilə görüşlər keçiriləcək və bu görüşlər zamanı bərpa paketləri və təhlükəsizlik təminatları müzakirə olunacaq".
Oxşar xəbərlər

Dünya
JPost: İsrail kəşfiyyatı İrana qarşı hərbi əməliyyatların bərpasını dəstəkləyir
Report.az · 15 noyabr 2026, 21:47

Dünya
AP: NATO Albaniya sammitini ləğv edir və liderlər səviyyəsində görüşləri azaldır
Report.az · 15 noyabr 2026, 21:47

Dünya
"Kür"ün baş məşqçisi: "Şimali Makedoniya komandası ilə matçda maksimum güc sərf etdik"
Report.az · 15 noyabr 2026, 19:47

Dünya
İslami: İran yaxın vaxtlarda ilk yerli nüvə-istilik qurğusunu işə salacaq
Report.az · 15 noyabr 2026, 19:47