Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
21 noyabr 2026, 06:16 · Mənbə: Report.az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşviliyə başsağlığı verib.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşviliyə başsağlığı verib.
"Report" xəbər verir ki, dövlət başçısının Gürcüstan Prezidentinə ünvanlandığı məktubda deyilir:
"Tbilisi şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".
Oxşar xəbərlər




Dünya
Azərbaycan basketbolçusu Polina Şukina Sinqapurda müsabiqənin qalibi olub
Report.az · 22 noyabr 2026, 13:47