Zelenski Qərbi xəbərdar etdi - məğlub olsaq, 20 milyon ukraynalı Avropaya gələcək
16 oktyabr 2026, 17:47 · Mənbə: Report.az

Rusiyanın Ukraynaya qarşı müharibədə qələbə qazanması 20 milyona qədər ukraynalının Avropa İttifaqı (Aİ) ölkələrinə köçməsinə gətirib çıxara bilər.
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyanın Ukraynaya qarşı müharibədə qələbə qazanması 20 milyona qədər ukraynalının Avropa İttifaqı (Aİ) ölkələrinə köçməsinə gətirib çıxara bilər.
"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldəki mətbuat konfransında bildirib.
"Biz məğlub olsaq nə olacaq? Bilmirəm, 20 milyon ukraynalı Avropaya gələcək", - o deyib.
Prezidentin sözlərinə görə, Rusiyanın qələbəsi Ukrayna dövlətinin mövcudluğunun özünü təhlükə altına qoyacaq, çünki söhbət təkcə Donbas və digər ərazilərə nəzarətdən getmir. Zelenski bildirib ki, Moskva Ukraynanın şərq əraziləri ilə məhdudlaşmaq niyyətində deyil və əgər qarşısı alınmazsa, öz məqsədlərinə nail olmağa davam edəcək.
Ukrayna Prezidenti həmçinin xəbərdarlıq edib ki, Moskva Avropa ölkələrinin hava məkanının pozulmasına və pilotsuz uçuş aparatlarının hücumlarına reaksiya vermək hazırlığını yoxlayır və tərəfdaşlarını onun ölkəsinə dəstəyi davam etdirməyə çağırıb.
Oxşar xəbərlər

Dünya
Albaniyada etirazçıların polis bölməsinə hücumu nəticəsində on nəfər yaralanıb
Report.az · 19 oktyabr 2026, 05:17

Dünya
Mark Karni hərbi bazada partlayış nəticəsində hərbçilərin öldüyünü təsdiqləyib
Report.az · 19 oktyabr 2026, 04:47


Dünya
Kanadada hərbi bazada yanğında 39 nəfər xəstəxanaya yerləşdirilib
News.ru · 19 oktyabr 2026, 04:17