Yuri Qusev ukraynalı uşaqlara dəstəyə görə Azərbaycana təşəkkür edib
28 sentyabr 2026, 18:16 · Mənbə: Report.az

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Rusiya-Ukrayna münaqişəsi nəticəsində zərər çəkmiş ukraynalı uşaqlara göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Rusiya-Ukrayna münaqişəsi nəticəsində zərər çəkmiş ukraynalı uşaqlara göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib.
"Report" xəbər verir ki, bu barədə Y. Qusev bu gün Ukraynanın Xarkov və Xerson vilayətlərindən bir qrup uşağın gəldiyi Bakı hava limanında jurnalistlərə açıqlamasında bildirib.
"Biz ukraynalı uşaqlara göstərilən dəstəyi çox yüksək qiymətləndiririk və Azərbaycan Prezidenti İlham Əliyevə, hökumətə və bütün Azərbaycan xalqına təşəkkür edirik. Bunu heç vaxt unutmayacağıq", - Qusev deyib.
O qeyd edib ki, Azərbaycanın ukraynalı uşaqlar üçün həyata keçirdiyi reabilitasiya proqramı iki ölkənin uşaqlarını, eləcə də ailələri və xalqları birləşdirir.
"Bu, Ukrayna ilə Azərbaycandan olan uşaqları birləşdirən, ailələri və xalqlarımızı birləşdirən çox vacib bir proqramdır. Çox təşəkkürlər, Azərbaycan", - səfir əlavə edib.
Oxşar xəbərlər


Siyasət
Populist Çexiya Baş Naziri Babiş Senat seçkilərində üzülüb
Deutsche Welle · 18 oktyabr 2026, 11:17

Siyasət
Qırğızıstan parlamentində TÜRKPA-nın 15-ci plenar iclası keçiriləcək
Report.az · 18 oktyabr 2026, 10:46
