TopXəbər

Yunanıstanın cənubunda güclü yağışlar fəsadlar törədib

3 oktyabr 2026, 13:15 · Mənbə: Anadolu Ajansı

Yunanıstanın cənubunda güclü yağışlar fəsadlar törədib

Yunanıstanın cənubunda üç gündür davam edən güclü yağışlar Girit adasında daşqına səbəb olub. Yağıntılar ciddi ziyanlar vurub və nəqliyyat əlaqələrinə təsir edib.

Anadolu Ajansı yazır ki, Yunanıstanın cənub bölgələrində, xüsusilə Girit və On İki Adalar ətrafında güclü yağışlar cümə axşamından bəri davam edir.

Girit adasında çaylar daşaraq bir çox ev və iş yerini su basıb. Su altında qalan yollarda qalan sürücülər və evləri suya qərq olan vətəndaşlar yanğınsöndürənlərdən yardım istəyib.

Sel nəticəsində kənd təsərrüfatı ərazilərində ciddi ziyan yaranıb.

Girit adasındakı Nikos Kazancakis hava limanında pis hava şəraiti səbəbindən çoxsaylı təyyarələr eniş edə bilməyib və digər hava limanlarına yönləndirilib.

Dəniz nəqliyyatı dayandırılıb, sel və torpaq sürüşməsi riski səbəbindən bir neçə yol bağlıdır.

Meteoroloqlar bildirirlər ki, Girit və On İki Adalarda şiddətli yağışlar bu gün də davam edəcək. Egey dənizində külək 9 bofora qədər güclənib.

Şimalda, Atina yaxınlığındakı Pire, Lavrio və Rafina limanlarında da güclü külək səbəbindən dəniz nəqliyyatı dayandırılıb.

Havanın pis olması ilə əlaqədar cümə axşamı Girit adasında bir nəfər, cümə günü isə Rodos adasında ildırım vurması nəticəsində bir nəfər həlak olub.