TopXəbər

Yunanıstanda təyyarə qəzasında iki nəfər həlak olub

18 oktyabr 2026, 17:47 · Mənbə: Report.az

Yunanıstanda təyyarə qəzasında iki nəfər həlak olub

Yunanıstanın şimal-şərqindəki Pieriya vilayətində birmühərrikli təyyarə qəzaya uğrayıb, hər iki pilot həlak olub.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

Yunanıstanın şimal-şərqindəki Pieriya vilayətində birmühərrikli təyyarə qəzaya uğrayıb, hər iki pilot həlak olub.

"Report" xəbər verir ki, bu barədə yerli "ERT-news" telekanalı məlumat yayıb.

Təyyarə Pieriya aeroklubunun uçuş-enmə zolağının yaxınlığında tapılıb. Qəza nəticəsində yanğın baş verməyib. Yanğınsöndürmə xidmətinin operativ mərkəzi hadisə yerinə səkkiz yanğınsöndürən göndərib, onlar əraziyə çatdıqda təyyarənin yanında iki pilotun cəsədini aşkar ediblər.

Hadisənin səbəbləri araşdırılır.

Dünya

Pakistanlı general sabah Tehrana səfər edəcək

Report.az · 19 oktyabr 2026, 23:47