Yəmən parlamenti husilərə qarşı ümumi səfərbərliklə bağlı müraciəti təsdiqləyib
28 sentyabr 2026, 19:45 · Mənbə: Report.az

Yəmən parlamenti husilərin hərbi eskalasiyasına qarşı ümumi səfərbərliyin elan edilməsi ilə bağlı müraciəti təsdiqləyib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Yəmən parlamenti husilərin hərbi eskalasiyasına qarşı ümumi səfərbərliyin elan edilməsi ilə bağlı müraciəti təsdiqləyib.
"Report" "Al Hadath"a istinadən xəbər verir ki, müraciəti Yəmənin Prezident Rəhbərlik Şurasının sədri, ali baş komandan Rəşad əl-Alimi göndərib.
Qərara əsasən, səfərbərlik vətəndaşların, respublika quruluşunun, konstitusiya qanuniliyinin, ölkənin suverenliyinin və ərazi bütövlüyünün qorunmasına yönəlib.
Qərar sentyabrın 28-də spiker Sultan əl-Bərkaninin sədrliyi ilə parlamentin videobağlantı vasitəsilə keçirilən geniştərkibli iclasında qəbul edilib.
Deputatlar ölkədə və regionda baş verən hadisələri müzakirə ediblər. Parlament yaranmış vəziyyəti "son dərəcə mürəkkəb" adlandıraraq, fikir ayrılıqlarını aradan qaldırmağın və səyləri birləşdirməyin zəruriliyini vurğulayıb.
Qərara əsasən, ümumi səfərbərlik Konstitusiyaya uyğun olaraq həyata keçiriləcək. O, elan edildiyi gündən qüvvəyə minəcək və bu tədbiri zəruri edən səbəblər aradan qaldırıldıqdan sonra başa çatacaq.
Daha əvvəl, sentyabrın 25-də əl-Alimi öz çıxışında ümumi səfərbərliyə çağırış edib. Sentyabrın 27-də isə bu addımın səbəblərini açıqlayaraq səfərbərliyin elan edilməsini təsdiqləmək xahişi ilə parlamentə təcili məktub göndərib.
Oxşar xəbərlər

Dünya
Cey Di Vens Fransadakı etirazlarda zorakılığı qərb liberalları törədib deyib
Ukrainskaya Pravda · 18 oktyabr 2026, 16:47

Dünya
Ukrayna Sankt-Peterburqa pilotsuz hücum edib, biri ölüb, neft emalı zavodu yanıb
France 24 · 18 oktyabr 2026, 16:47


Dünya
Sankt-Peterburqdakı neft müəssisələrinə hücum edən şəxs öldürüb
BBC News · 18 oktyabr 2026, 16:17