TopXəbər

Yəmən ordusu Husi mövqelərinə 71 hücum həyata keçirib

3 oktyabr 2026, 06:45 · Mənbə: Anadolu Ajansı

Yəmən ordusu Husi mövqelərinə 71 hücum həyata keçirib

Yəmən Silahlı Qüvvələri Husi yaraqlılarının Taizdəki mövqelərinə 71 hücum təşkil edib. Əməliyyatlarda Husi qüvvələrinin nəqliyyat və dəstək vasitələri hədəfə alınıb.

Anadolu Ajansı yazır ki, Yəmən Silahlı Qüvvələrinin Mətbuat Mərkəzi açıqlama verib. Bildirilib ki, Husi silahlılarının Taizdəki mövqeləri, yığıncaqları və əlavə qüvvələri hədəf alınıb.

Xüsusilə el-Akrud, Sami, el-Ahkum, el-Akbuş, Cebel Rasin, Cebel Cerdad, Beni Ömer, Beni Bekkari, el-Kaaviş və el-Esavir bölgələrində Husi qüvvələrinə qarşı 71 hücum təşkil edilib.

Əməliyyatlarda Husi yaraqlılarının nəqliyyat və dəstək vasitələri hədəfə alınıb, onların üzvləri zərərsizləşdirilib. Açıqlamada Husi tərəfinin bölgədə hücum qabiliyyətini itirdiyi deyilib.

Yəmən Husi yaraqlılarının 2014-cü ilin sentyabrında paytaxt Sənanı və bəzi vilayətləri ələ keçirməsindən sonra daxilində münaqişə yaşayır.

2015-ci ilin martından etibarən Səudiyyə Ərəbistanının rəhbərliyi altında yaranan Ərəb koalisiyası beynəlxalq ictimaiyyət tərəfindən tanınan Yəmən hökumətinə dəstək verir.

Son dövrdə Yəmən hökumət qüvvələri ilə Husi yaraqlıları arasındakı döyüşlər güclənib. Husi tərəfi zaman-zaman Səudiyyə Ərəbistanına ballistik raket və pilotsuz uçuş aparatları ilə hücumlar edir.