Yəmən ordusu Hüsi hədəflərinə 24 saatda 257 hücum təşkil edib
3 oktyabr 2026, 21:45 · Mənbə: Anadolu Ajansı

Yəmən ordusu Hüsi qruplaşmasının mövqelərinə genişmiqyaslı hücumlar həyata keçirib. Hücumlar nəticəsində çox sayda üzvü yaralanıb və avadanlıq məhv edilib.
Anadolu Ajansı yazır ki, Yəmən Silahlı Qüvvələri son 24 saat ərzində Hüsi qruplaşmasının komanda və idarəetmə mərkəzləri, toplanma və təchizat məntəqələri, ehtiyat birlikləri, silah-sursat anbarları və hərbi təminat xəttlərində 257 hücum təşkil edib.
Hücumlar döyüş təyyarələri, pilotsuz uçuş aparatları, artilleriya bölmələri, raketlər və çoxnamlulu raketatanlardan istifadə edilməklə həyata keçirilib.
Hücumların əsas istiqamətləri arasında Sanaa, Midi, Bəkəm, Cavf, Mərib, Beyda, Lahic və Təiz vilayətləri yer alıb.
Bu hücumlarda Hüsi qruplaşmasının ən azı 700 üzvünün öldüyü və ya yaralandığı, 170 hərbi avtomobil və döyüş texnikasının məhv edildiyi və ya işə yaramaz vəziyyətə düşdüyü bildirilib.
Yəmən ordusu açıqlamasında bu hücumların Hüsi qruplaşmasının hərbi gücünə birbaşa təsir etdiyini və onların mülki insanlara hücum imkanlarını məhdudlaşdırdığını vurğulayıb.
Yəmən ordusu ölkənin suverenliyini qorumaq və dövlət qurumlarının nəzarətini bərpa etmək məqsədilə hərbi əməliyyatlarını davam etdirəcəyini bəyan edib.
Tam mətn
Oxşar xəbərlər

Dünya
Mahir Məmmədov FIDE prezidenti Timur Turlovla əməkdaşlığı müzakirə edib
Report.az · 5 oktyabr 2026, 09:45

Dünya
"Bloomberg": İspaniya hökuməti növbədənkənar seçkilərə hazırlaşır
Report.az · 5 oktyabr 2026, 08:44


Dünya
"Bloomberg": Makronun dövründə Fransa Aİ-nin "ən zəif bəndi"nə çevrilib
Report.az · 5 oktyabr 2026, 07:14