Yaponiyada mövsümün ilk quş qripi hadisəsi səbəbindən 200 min toyuq tələf ediləcək
12 noyabr 2026, 06:46 · Mənbə: Report.az

Yaponiyada bu mövsüm ilk quş qripi hadisəsi Kioto prefekturasının Kameoka şəhərindəki 200 000 toyuğun olduğu fermada qeydə alınıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Yaponiyada bu mövsüm ilk quş qripi hadisəsi Kioto prefekturasının Kameoka şəhərindəki 200 000 toyuğun olduğu fermada qeydə alınıb.
"Report"un xəbərinə görə, bu barədə Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq Nazirliyi məlumat verib.
Hakimiyyət orqanları bununla əlaqədar infeksiyanın yayılmasının qarşısını almaq üçün quşların məhv edilməsi və kəsilməsi də daxil olmaqla tədbirlər görməyə başlayacaqlar,
Görülən tədbirlərə baxmayaraq, Yaponiyada payız və qış aylarında quş qripi epidemiyaları müntəzəm baş verir. 2025-ci ildə 20-dən çox yayılma ocağı qeydə alınıb. Bu, 2023-cü ildə baş verənlərə bənzər ciddi iqtisadi nəticələrə səbəb ola bilər, o zaman toyuq yumurtasının qiyməti 76 % artıb və Tokiodakı bəzi mağazalar hətta onların alışına məhdudiyyətlər qoyulub.
Oxşar xəbərlər

Dünya
Tatarıstanda neft obyektləri Ukrayna dronlarının hücumuna məruz qalıb
Report.az · 23 noyabr 2026, 09:47

Dünya
Valeri Çeçelaşvili: Azərbaycan Gürcüstanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır
Report.az · 23 noyabr 2026, 08:47

Dünya
Meksikada narkokartellər mikromaliyyə təşkilatlarına nəzarəti ələ keçirir
Report.az · 23 noyabr 2026, 08:17
