TopXəbər

Yaponiyada Dujuan tayfunu 12 nəfərin ölümünə səbəb oldu

27 sentyabr 2026, 13:16 · Mənbə: Hürriyet

Yaponiyada Dujuan tayfunu 12 nəfərin ölümünə səbəb oldu

Yaponiyada Dujuan tayfunu nəticəsində ölənlərin sayı 12-yə çatıb. Hələ 3 nəfərin axtarışları davam edir.

Hürriyet yazır ki, Yaponiyanın şərqində, o cümlədən paytaxt Tokio və onun ətrafında Dujuan tayfunu təsirini davam etdirir.

Yaponiya Meteorologiya Agentliyi (JMA) bildirir ki, tayfun başda Tokio və ətraf əyalətlərdə güclü fəsadlar törədib.

Kyodo agentliyinin məlumatına görə, tayfun səbəbindən ölənlərin sayı 12-yə yüksəlib, habelə itkin düşən 3 nəfərin axtarışları davam edir.

Tayfun nəticəsində 9 mindən çox evdə elektrik enerjisinin kəsilməsi qeydə alınıb.