Yaponiya ABŞ-də yarımkeçirici zavodlarının tikintisinə 21 milyard dollar ayıracaq
14 oktyabr 2026, 22:48 · Mənbə: Report.az

Yaponiya ABŞ-nin Nyu-York ştatında yarımkeçiricilərin istehsalı üzrə iki zavodun tikintisinə 21 milyard dollar ayıracaq.
Yeniliklərdən dərhal xəbərdar olun!
Yaponiya ABŞ-nin Nyu-York ştatında yarımkeçiricilərin istehsalı üzrə iki zavodun tikintisinə 21 milyard dollar ayıracaq.
"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində məlumat verib.
Trampın sözlərinə görə, ABŞ-də yerləşən "GlobalFoundries" şirkəti və ABŞ Ticarət Nazirliyi Nyu-York ştatının Malta şəhərində yarımkeçiricilərin istehsalı üzrə iki nəhəng zavodun tikintisinə 21 milyard dollar həcmində investisiya yatırılacağını elan edib.
"Verdiyim göstərişə əsasən, 21 milyard dollar həcmində investisiya kapitalını Yaponiya təmin edəcək", – deyə ABŞ lideri bildirib.
O əlavə edib ki, ABŞ Ticarət Nazirliyi "GlobalFoundries" şirkətinə 955 milyon dollar həcmində investisiya yatırılması ilə bağlı da razılaşmalar əldə edib.
Tramp əlavə edib ki, mövcud razılaşma çərçivəsində "amerikalı vergiödəyiciləri ‘GlobalFoundries" şirkətində pay əldə edəcəklər".
Oxşar xəbərlər

Dünya
Güləş üzrə milli komandaların fizioterapevtləri ilə görüş keçirilib
Report.az · 15 noyabr 2026, 11:17

Dünya
Sirill Qan UFC-nin ağır çəkidə çempionluq titulunu qoruyub saxlayıb
Report.az · 15 noyabr 2026, 10:47

Dünya
EHF Avropa Kuboku: "Kür" komandası bu gün Şimali Makedoniya klubu ilə cavab oyununa çıxacaq
Report.az · 15 noyabr 2026, 09:47

Dünya
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
Report.az · 15 noyabr 2026, 09:47