TopXəbər

Yanan «Triumph» gəmisi porta çəkilməyə çalışılır

27 sentyabr 2026, 09:14 · Mənbə: News.ru

Yanan «Triumph» gəmisi Kamçatski limanına çəkilməyə başlanacaq. Gəmidə itkin düşən dörd balıqçının taleyi hələ məlum deyil.

News.ru yazır ki, Sakit okeanda, Hodjelayka burnunun şərqində yanğın başlayandan sonra «Triumph» balıqçı gəmisindən 25 nəfər xilas olunub.

Gəmidə ümumilikdə 29 nəfər heyət olub, onlardan dördü xəstəxanalara yerləşdirilib, ikisi ağır vəziyyətdədir. İtkin düşən dörd nəfərin taleyi bəlli deyil.

Petropavlovsk-Kamçatski dəniz xilasetmə mərkəzindən bildirilib ki, yanğının səviyyəsi azalıb. Xilasedicilər gəminə çıxmağa çalışacaq.

«Suvorovets» xilasetmə gəmisinin kapitanı «Triumph»u Petropavlovsk-Kamçatski limanına çəkmək qərarı verib. Hazırda «Triumph» limandan 70 mil məsafədədir.

«Suvorovets» komandası və yaxınlıqda olan gəmilər axtarış işlərini davam etdirir.

Dünya

Parisdə tələbə etirazları qarışıqlığa çevrilib

Al Jazeera · 18 oktyabr 2026, 17:17