Vuçiç: Serbiya 17 gün ərzində sabitliyini itirib
11 noyabr 2026, 16:47 · Mənbə: Report.az

Serbiyanın "Birləşmiş Serbiya" seçki siyahısının lideri Aleksandar Vuçiç ölkənin cəmi 17 gün ərzində sabitliyini itirdiyini bildirib.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Serbiyanın "Birləşmiş Serbiya" seçki siyahısının lideri Aleksandar Vuçiç ölkənin cəmi 17 gün ərzində sabitliyini itirdiyini bildirib.
"Report"un Balkan bürosu xəbər verir ki, o bu barədə Serb Tərəqqi Partiyasının (SNS) qərargahında keçirdiyi mətbuat konfransında danışıb.
Vuçiç qeyd edib ki, sabitlik Serbiyanın inkişafının təməl daşı və əsas dayağı olub:
"Seçki kampaniyası zamanı da bildirmişdim ki, Serbiyaya sabitlik, sülh və tərəqqi lazımdır, qorxu deyil. Hesab edirəm ki, bu fikir bu gün əvvəlkindən daha da aktualdır. Serbiya cəmi 17 gün ərzində onu fərqləndirən, ölkənin inkişafının təməl daşı və əsas dayağı olan sabitliyini itirib. Qorxu insanların evlərinə hakim kəsilib".
Oxşar xəbərlər

Dünya
Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb
Report.az · 23 noyabr 2026, 10:47

Dünya
Tatarıstanda neft obyektləri Ukrayna dronlarının hücumuna məruz qalıb
Report.az · 23 noyabr 2026, 09:47

Dünya
Valeri Çeçelaşvili: Azərbaycan Gürcüstanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır
Report.az · 23 noyabr 2026, 08:47

Dünya
Meksikada narkokartellər mikromaliyyə təşkilatlarına nəzarəti ələ keçirir
Report.az · 23 noyabr 2026, 08:17