Unay Emeri İngiltərə Premyer Liqasında 200-cü oyununa çıxıb
9 noyabr 2026, 10:17 · Mənbə: Report.az

"Aston Villa"nın baş məşqçisi Unay Emeri İngiltərə Premyer Liqasında 200-cü matçını keçirib.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Aston Villa"nın baş məşqçisi Unay Emeri İngiltərə Premyer Liqasında 200-cü matçını keçirib.
"Report" "Squawka"ya istinadən xəbər verir ki, birmingem komandasına rəhbərlik edən məşqçinin yubiley matçı X turda "Mançester Yunayted"lə heç-heçə ilə başa çatan səfər oyununa (4:4) təsadüf edib.
İspaniyalı mütəxəssis 2018–2019-cu illərdə "Arsenal"a rəhbərlik edib. O, 2022-ci ildən "Aston Villa"da fəaliyyət göstərir.
Qeyd edək ki, 54 yaşlı mütəxəssis Premyer Liqada 200 oyunluq həddi aşan 5-ci ispaniyalı baş məşqçidir. Daha əvvəl bu göstəriciyə Rafael Benites, Roberto Martines, Xosep Qvardiola və Mikel Arteta nail olublar.
Oxşar xəbərlər


İdman
Elgiz Kərəmli: "Bir qələbənin bütün problemləri həll etdiyini düşünmək olmaz"
Report.az · 18 noyabr 2026, 17:17

İdman
Nikola Nanni San-Marino millisinin tarixində bir rəsmi oyunda iki qol vuran ilk futbolçu olub
Report.az · 18 noyabr 2026, 16:47
