TopXəbər

Ukraynanın dövlət borcu 223 milyard dollara çatıb

27 sentyabr 2026, 08:15 · Mənbə: TASS

Ukraynanın dövlət borcu sentyabr ayı sonunda təxminən 223 milyard dollara yüksəlib.

TASS yazır ki, Ukraynanın dövlət borcu son bir ay ərzində təxminən 4-5 milyard dollar artaraq sentyabrın sonuna 223 milyard dollar civarına çatıb.

Avqust ayında dövlət borcu təxminən 218-219 milyard dollar təşkil edirdi.

Ukrayna Maliyyə Nazirliyi hesab edir ki, borc 2026-cı ilin sonuna təxminən 240 milyard dollara, 2027-ci ilin sonuna isə ən azı 290 milyard dollara yüksələcək.

Bu, hər bir ukraynalı üçün borcun 2026-cı ilin sonunda təxminən 8.500 dollar, 2027-ci ilin sonunda isə 10.400 dollar olacağı deməkdir.

Bununla belə, nazirlik əlavə borcun həcminin rəsmi proqnozlardan çox olacağını bildirir və Ukrayna artıq hərbi xərclər üçün Avropa İttifaqından əlavə 27 milyard dollar vəsait tələb edir.