Ukrayna Avropa Şurası İnkişaf Bankından və İtaliyadan 50 milyon avro alıb
3 oktyabr 2026, 19:45 · Mənbə: Report.az

Ukrayna Avropa Şurası İnkişaf Bankının "HOME: Dağıdılmış mənzillərə görə kompensasiya" layihəsi çərçivəsində 50 milyon avro alıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna Avropa Şurası İnkişaf Bankının "HOME: Dağıdılmış mənzillərə görə kompensasiya" layihəsi çərçivəsində 50 milyon avro alıb.
"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin məlumatında deyilir.
Bu məbləğin 25 milyon avrosu Avropa Şurası İnkişaf Bankı tərəfindən təqdim edilib, qalanı isə İtaliya hökumətinin maliyyə dəstəyi ilə təmin olunub.
HOME layihəsinin əlavə maliyyələşdirilməsi haqqında çərçivə sazişi 2026-cı il iyunun 26-da Qdanskda Ukraynanın bərpasına dair URC-2026 konfransı zamanı imzalanıb.
Yeni maliyyələşdirmə paketinin ümumi məbləği 100 milyon avro təşkil edir ki, bunun da 50 milyon avrosunu İtaliya hökuməti Avropa Şurası İnkişaf Bankı mexanizmi vasitəsilə təmin edir.
Daha əvvəl Ukrayna HOME layihəsinin əvvəlki mərhələləri çərçivəsində 200 milyon avro cəlb etmişdi. Bu vəsaitlər hesabına Rusiya-Ukrayna münaqişəsi nəticəsində mənzillərini itirmiş vətəndaşlar üçün 6 000-dən çox mənzil sertifikatı maliyyələşdirilib.
Oxşar xəbərlər

Dünya
Əthiopiyada Tigray münaqişəsi nəzarətdən çıxmaq təhlükəsi yaradır
France 24 · 6 oktyabr 2026, 18:17

Dünya
Aİ Ukraynanın üzvlüyünə hazırlıq işlərini sürətləndirir
Kyiv İndependent · 6 oktyabr 2026, 18:17

Dünya
Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
Report.az · 6 oktyabr 2026, 18:17

Dünya
İranda hicab tələbləri sosial təzyiqlərlə həyata keçirilir
Deutsche Welle · 6 oktyabr 2026, 18:18