Ugreen maye soyutmalı MagFlow Pro enerji bankını təqdim etdi
Ugreen maye soyutma texnologiyası ilə təchiz edilmiş yeni MagFlow Pro enerji bankını təqdim edib. Cihaz 10 min milliamper/saat tutumlu akkumulyatora malikdir və simsiz şarj zamanı maye soyutma sistemi təklif edir.
Power bankınız "CryoPulse texnologiyası"na və ya "Cyber Window"a sahibdirmi? Əgər cavabınız hər iki sual üzrə "xeyr"dirsə, Ugreen-in yeni MagFlow Pro Magnetli Power Bank modelinə baxa bilərsiniz. Bu cihaz 149,99 dollardan satışa çıxıb. 10.000 mAh tutumlu enerji bankları arasında qiyməti yüksək olsa da, Ugreen-in iddiasına görə, simsiz şarj ilə maye soyutma sistemini birləşdirən dünyada ilk modeldir.
MagFlow Pro daxilində soyuducu mayeni dövr etdirən mikro nasos var. O, enerjinin ötürülməsi ilə bağlı hissələrdən, o cümlədən Qi2.2 standartına uyğun simsiz şarj bobininin istiliyini uzaqlaşdırır. Power bankın önündə istiliyin hərəkətini görməyə imkan verən (cyber) pəncərə yerləşir. Mis folio və ayrı dizaynlı şarj elementləri ilə birlikdə bu sistem istilik yığılmasını azaldır, enerji bankının batareyasının və telefonun ömrünü uzadır, həm də 25 vətadadək güc çıxışını təmin edir. Uzun şarjdən sonra MagFlow Pro’nun səthi daha sərin qalacaq.
Bu enerji bankı cihazları simsiz şarj etməklə yanaşı, daxili USB-C kabelli qıfı və 45 vata qədər şarj edən USB-C portuna malikdir. Lakin cihazın maksimal çıxışı 45 vatdır, ona görə bir neçə cihazı eyni anda qoşduqda şarj sürəti azalacaq.

The Verge
You can watch the coolant flow inside Ugreen’s liquid-cooled power bank
Orijinal məqaləyə keç


