TopXəbər

UEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Litva komandası ilə üz-üzə gələcək

27 sentyabr 2026, 09:45 · Mənbə: Report.az

UEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Litva komandası ilə üz-üzə gələcək

Azərbaycan yığması UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu bu gün keçirəcək.

"Report"un məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə Litva komandası ilə üz-üzə gələcək.

Kaunas şəhərində baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

D Liqasının 2-ci qrupunun matçını Kiprdən olan FIFA referisi Menelaos Antoniou idarə edəcək.

Xatırladaq ki, Litva seçməsi qrupdakı ilk görüşündə səfərdə Lixtenşteyni iki cavabsız qolla üstələyib.