Türkiyədə sərnişin təyyarəsində bomba xəbərdarlığı ilə bağlı 143 nəfər təxliyə edilib
5 oktyabr 2026, 23:15 · Mənbə: Report.az

Türkiyənin paytaxtı Ankaradan Şanlıurfaya uçan "AJet" aviaşirkətinə məxsus sərnişin təyyarəsində partlayıcı maddənin olması ilə bağlı xəbərdarlıq olunub.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin paytaxtı Ankaradan Şanlıurfaya uçan "AJet" aviaşirkətinə məxsus sərnişin təyyarəsində partlayıcı maddənin olması ilə bağlı xəbərdarlıq olunub.
"Report bu barədə "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, uçuşa hazırlaşan təyyarədə təhlükəsizlik prosedurları işə salınıb.
Təyyarə Şanlıurfa Hava Limanına təhlükəsiz eniş edib və 136 sərnişin və 7 ekipaj üzvünün təhlükəsiz təxliyəsi üçün zəruri tədbirlər görülüb. Beləliklə, ümumilikdə 143 nəfər təyyarədən çıxarılıb.
Təxliyə başa çatdıqdan sonra təhlükəsizlik qüvvələri təyyarədə partlayıcı maddə ilə bağlı axtarışa başlayıblar.
Oxşar xəbərlər

Dünya
Vladimir Zelenski ABŞ-la kəşfiyyat məlumatlarının dəyişməsini bərpa edib
Ukrainskaya Pravda · 18 oktyabr 2026, 15:47

Dünya
Qəzzada minalardan çıxarılan 75 fələstinlinin dəfn mərasimi keçirilib
Al Jazeera · 18 oktyabr 2026, 15:47


Dünya
Atlanta ilə Manuel’s Tavern Corciyanın keçmişini gələcəyə baxışla işarələyir
France 24 · 18 oktyabr 2026, 15:47