Türkiyədə 304 nəfər məktəb hücumları ilə bağlı saxlanılıb
29 sentyabr 2026, 17:19 · Mənbə: Anadolu Ajansı

Türkiyədə məktəb hücumları ilə əlaqədar internetdə provokasiya edən 304 nəfər həbs edilib. Genişmiqyaslı əməliyyat nəticəsində yüzlərlə şübhəli saxlanılıb.
Anadolu Ajansı yazır ki, Türkiyə Daxili İşlər Nazirliyinin göstərişi ilə Emniyyət Ümumi İdarəsinin Kibertəhlükəsizliklə Mübarizə şöbəsi Şanlıurfa, Kahramanmaraş və Manisa bölgələrində baş verən məktəb hücumlarından sonra internetdəki provokativ paylaşımlara genişmiqyaslı müdaxilə edib.
Hadisələrin baş verməsindən sonra müvafiq qruplar internetdə açıq mənbələrdə monitorinq və nəzarət fəaliyyəti aparıb.
Əməliyyatlar nəticəsində 3 min 810 nəfər saxlanılıb, onlardan 304 nəfər məhkəmə qərarı ilə həbs olunub.
Eyni zamanda, uşaqları zorakılığa sövq edən rəqəmsal oyunlar və "C31K" adlı Telegram qrupları daxil olmaqla 12 min 141 URL üçün bloklama tətbiq edilib.
İnternet üzərindən keçirilən toplanış, mətbuat açıqlaması və yürüş çağırışlarına aid 33 paylaşım da müəyyən edilərək önləyici tədbirlər görülüb.
Tam mətn
Oxşar xəbərlər

Dünya
NASA astronotu Deniz Burnham Türkiyəyə uzaydan əl sallayacaq
Anadolu Ajansı · 6 oktyabr 2026, 00:50


Dünya
Hakan Fidan: Məkkə Birgə Müdafiə Sazişi ilə bağlı işlər son mərhələdədir
Report.az · 6 oktyabr 2026, 00:46