Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək
26 oktyabr 2026, 08:46 · Mənbə: Report.az

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək səviyyəli rəsmilərinin İrana səfəri planlaşdırılır.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək səviyyəli rəsmilərinin İrana səfəri planlaşdırılır.
"Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə məlumatı İranın Milli Təhlükəsizlik Şurasının katibinin müavini Əli Baqeri paylaşıb.
Baqeri həmin rəsmilərin Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman, Pakistan ordusunun komandanı Asim Munir və Türkiyənin Milli Kəşfiyyat İdarəsinin rəhbəri İbrahim Kalın olduğunu qeyd edib.
Baqeri həmin rəsmilərin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə görüşəcəyini də bildirib. O, səfərin nə zaman reallaşacağı barədə məlumat verməyib.
Oxşar xəbərlər

Dünya
AVF rəsmisi Zöhrab Gözəlbəyli Çelenc Kubokunun oyununa təyinat alıb
Report.az · 17 noyabr 2026, 10:17

Dünya
"Axios": Uitkoff və Kuşner noyabrın 19-da Aİ və Ukrayna nümayəndələri ilə görüşəcəklər
Report.az · 17 noyabr 2026, 09:47

