BMT missiyasının ilk qrupu Qərbi Saxaranı tərk edib
17 noyabr 2026, 08:17 · Mənbə: Report.az

BMT-nin Qərbi Saxarada referendum üzrə missiyasının ilk qrupu regionu tərk edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
BMT-nin Qərbi Saxarada referendum üzrə missiyasının ilk qrupu regionu tərk edib.
"Report" bu barədə Mərakeşin "Hespress" nəşrinə istinadən məlumat verir.
Oktyabrın sonunda BMT Təhlükəsizlik Şurası missiyanın mandatını uzada bilməyib.
Qəzet qeyd edib ki, heyətin çıxarılması bazar ertəsi axşamı Əl-Ayun şəhərindəki Həsən I Hava Limanından başlayıb. Proses yaxın günlərdə mərhələli şəkildə davam edəcək.
BMT-nin Qərbi Saxaradakı sülhməramlı missiyası 1991-ci ildə Mərakeş və Əlcəzairin dəstəklədiyi "Polisario Cəbhəsi" arasında atəşkəs sazişindən bəri 35 il davam edib.
Missiya atəşkəsi izləyib və bölgədə öz müqəddəratını təyinetmə ilə bağlı referendum təşkil edib. Lakin seçici siyahıları ilə bağlı tərəflər arasında illərdir davam edən mübahisələrə görə referendum heç vaxt baş tutmayıb.
Oxşar xəbərlər


Dünya
Yaponiyada donanmanın nüvə sualtı qayıqları ilə təchizatı ehtimalı qaldırılıb
Report.az · 22 noyabr 2026, 10:46

Dünya
Azərbaycan Basketbol Liqasında bu gün I və III turdan təxirə salınmış oyunlar keçiriləcək
Report.az · 22 noyabr 2026, 09:47

Dünya
Çilidə mikroavtobusla yük maşını toqquşub, ölən və xəsarət alanlar var
Report.az · 22 noyabr 2026, 09:47