Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb
26 sentyabr 2026, 21:45 · Mənbə: Report.az

Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayır.
"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında iştirakının yekunları ilə bağlı bildirib.
"Yaxşı haldır ki, İran və ABŞ arasında danışıqların bərpası ilə bağlı səylər davam edir. Pis olan isə odur ki, hələlik bu səylər nəticə verməyib", – deyə o bildirib.
Onun sözlərinə görə, münaqişənin gərginləşməsinə və müharibənin yenidən başlamasına yol vermədən diplomatik səylər davam etdirilməlidir:
"Biz amerikalı və iranlı tərəfdaşlarımızla müharibənin regiona yayılmasının qarşısının alınması məsələlərini müzakirə etdik".
Oxşar xəbərlər

Dünya
ABŞ Ukraynaya qarşı rus ballistik raketlərinin buraxılışı barədə kəşfiyyat paylaşımını bərpa edib, Zelenski deyib
Kyiv İndependent · 18 oktyabr 2026, 19:17

Dünya
ABŞ-da seçkilər yaxınlaşdıqca Donald Trampa narazılıq artır
Anadolu Agency · 18 oktyabr 2026, 19:17
Dünya
Vens ABŞ-ın İran müharibəsindəki çatışmazlıqları etiraf edir
Anadolu Agency · 18 oktyabr 2026, 19:17