Türkiyə və Fransa Müdafiə Əməkdaşlığı üzrə Yol Xəritəsi imzalayıb
3 oktyabr 2026, 13:16 · Mənbə: Report.az · 2 mənbə yazır

Türkiyə ilə Fransa arasında hərbi əməkdaşlıq çərçivəsində Müdafiə Əməkdaşlığı üzrə Yol Xəritəsi imzalanıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyə ilə Fransa arasında hərbi əməkdaşlıq çərçivəsində Müdafiə Əməkdaşlığı üzrə Yol Xəritəsi imzalanıb.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "X" sosial media hesabında paylaşım edilib.
Qeyd olunub ki, iki ölkə rəsmilərinin görüşlərində ikitərəfli müdafiə və hərbi əlaqələr, strateji dialoq, eləcə də mövcud əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə edilib, müntəzəm və nəticəyönümlü təmasların davam etdirilməsinin əhəmiyyəti təsdiqlənib.
"Bu çərçivədə Müdafiə Əməkdaşlığı üzrə Yol Xəritəsi imzalanaraq Türkiyə ilə Fransa arasında müdafiə əməkdaşlığının daha da inkişaf etdirilməsi və strateji dialoqun gücləndirilməsi istiqamətində mühüm addım atılıb", - məlumatda vurğulanıb.
Bildirilib ki, sözügedən sənəd son dövrdə iki ölkə liderləri tərəfindən verilən qarşılıqlı müsbət mesajların müdafiə sahəsində konkret və səmərəli əməkdaşlıq addımına çevrildiyini göstərir.
Yol Xəritəsinin müntəzəm və nəticəyönümlü təmaslar vasitəsilə strateji dialoqu gücləndirməsi və iki ölkənin qarşılıqlı faydasına əsaslanan əməkdaşlığı daha da inkişaf etdirməsi hədəflənir.
Türkiye ile Fransa arasındaki askerî iş birliği faaliyetleri kapsamında, Fransa Silahlı Kuvvetler ve Gaziler Bakanı Nezdinde Bakan Alice Rufo, Fransa Cumhurbaşkanı Askerî Özel Kalem Başkanı Orgeneral Vincent Giraud ve Uluslararası İlişkiler ve Strateji Genel Müdürü Guillaume… pic.twitter.com/UP0BeBVb6Q — T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) October 3, 2026
Oxşar xəbərlər

Dünya
Rusiya Odessadakı çoxmərtəbəli binaya zərbə vurub, uşaq xəsarət alıb
Ukrainskaya Pravda · 18 oktyabr 2026, 14:17

Dünya
Cənubi Afrika rugbyçisi Hyron Endryus Fransada duyğusal ehtiram göstərib
Al Jazeera · 18 oktyabr 2026, 14:17

Dünya
Paris küçələrində toqquşmalar və talançılıq yolu ilə təxribatçılar dağıntı törədib
BBC News · 18 oktyabr 2026, 14:17

Dünya
Arxeoloqlar qədim fontanı əvvəlki görkəminə qaytarır
Hürriyet Daily News · 18 oktyabr 2026, 14:17