"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb
2 oktyabr 2026, 14:45 · Mənbə: Report.az

"Turan Tovuz" və Türkiyənin "Fənərbağça" komandaları arasında keçiriləcək yoldaşlıq oyunu üçün 25 minə yaxın bilet satılıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
"Turan Tovuz" və Türkiyənin "Fənərbağça" komandaları arasında keçiriləcək yoldaşlıq oyunu üçün 25 minə yaxın bilet satılıb.
Bu barədə "Report"a Tovuz kollektivinin mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev məlumat verib.
"Matç saatına qədər bütün biletlərin satılacağını istisna etmirik. Oyuna maraq gözlənildiyi kimi çoxdur. Həqiqətən dostluq qarşılşamasına şahidlik edəcəyik. Görüşdən əvvəl hansısa bədii hissə nəzərdə tutulmayıb. Bakıda bu cür oyunun keçirilməsinin özü böyük maraq kəsb edir", - deyə o vurğulayıb.
Klub rəsmisi İstanbul komandasının Bakıya bu gün, saat 17:30-da gələcəyini bildirib.
Qeyd edək ki, "Turan Tovuz" - "Fənərbağça" oyunu oktyabrın 3-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. Görüşü azərbaycanlı hakim Rəvan Həmzəzadə idarə edəcək.
Oxşar xəbərlər

İdman
Arif Əsədov: "Hələ əvvəlki "Qarabağ"ı görmürük, "Neftçi"də isə yaxşı mənada dəyişikliklər var"
Report.az · 18 oktyabr 2026, 14:47

İdman
"Qalatasaray"ın zədəli futbolçusu Rafael Leaunun durumu açıqlanıb
Report.az · 18 oktyabr 2026, 13:46

İdman
Haaland rekordu yeniləyərək Man City-yə yeddinci Premyer Liqa qələbəsini qazandırdı
Al Jazeera · 18 oktyabr 2026, 13:18
