Trampın İranın Hörmüz planını rədd etməsinin səbəbi açıqlanıb
26 sentyabr 2026, 23:46 · Mənbə: Report.az

ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazından gəmiçiliyin bərpası ilə bağlı təklif etdiyi planı, xüsusilə İran tərəfinə etimadın olmaması səbəbindən rədd edib.
"Report"un məlumatına görə, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts "Fox News" telekanalının efirində bildirib.
Diplomatdan Trampın imtinasının İranın mümkün razılaşma çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə əmin olmaması ilə bağlı olub-olmadığı soruşulub.
"Qismən belədir. Onlar əvvəlki razılaşmanın şərtlərini yerinə yetirməyiblər", – deyə Uolts vurğulayıb.
Bununla yanaşı, Uolts Vaşinqtonun yaxın perspektivdə İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyə hazır olub-olmadığı barədə suala cavab verməkdən yayınıb.
"Mən prezidentin qabağına keçməyəcəyəm", – deyə amerikalı diplomat qeyd edib.
Qeyd edək ki, daha əvvəl Tramp İranın Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı planını rədd etdiyini açıqlamışdı.
Oxşar xəbərlər

Dünya
Cey Di Vens Fransadakı etirazlarda zorakılığı qərb liberalları törədib deyib
Ukrainskaya Pravda · 18 oktyabr 2026, 16:47

Dünya
Ukrayna Sankt-Peterburqa pilotsuz hücum edib, biri ölüb, neft emalı zavodu yanıb
France 24 · 18 oktyabr 2026, 16:47


Dünya
Sankt-Peterburqdakı neft müəssisələrinə hücum edən şəxs öldürüb
BBC News · 18 oktyabr 2026, 16:17