Tramp: Şimal dənizinin resurslarının mənimsənilməsi Böyük Britaniyanı çox zəngin edəcək
23 oktyabr 2026, 19:47 · Mənbə: Report.az

ABŞ Prezidenti Donald Tramp Şimal dənizində neft hasilatının genişləndirilməsinin Böyük Britaniyanı çox zəngin ölkəyə çevirəcəyini bəyan edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Tramp Şimal dənizində neft hasilatının genişləndirilməsinin Böyük Britaniyanı çox zəngin ölkəyə çevirəcəyini bəyan edib.
"Report" xəbər verir ki, bu barədə o, Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə danışıqları şərh edərkən Ağ Evin qarşısında jurnalistlərə bildirib.
Trampın sözlərinə görə, o, iki il ərzində Britaniya hakimiyyətini Şimal dənizinin resurslarını daha fəal mənimsəməyə çağırıb.
ABŞ Prezidenti qeyd edib ki, əvvəlki baş nazir Kir Starmer bu planları həyata keçirməyib, Börnhem isə müvafiq addımlar atır.
"Bu, Böyük Britaniyanı çox zəngin ölkəyə çevirəcək", - Tramp deyib.
O əlavə edib ki, danışıqların əsas mövzuları Aberdin və Şimal dənizi olub, İran və Ukrayna məsələlərinə isə yalnız qısaca toxunulub.
Xatırladaq ki, oktyabrın 21-i Böyük Britaniya hökuməti Şimal dənizindəki "Jackdaw" qaz yatağında hasilatın başlanmasını təsdiqləyib. Britaniya hökumətinin bəyanatına görə, tədarüklər artıq oktyabrın sonunda başlaya bilər, layihə isə pik dövründə daxili qaz hasilatını təxminən 6 % artırmağa imkan verəcək.
Oxşar xəbərlər

İqtisadiyyat
"Assist Finance İnvestisiya Şirkəti"nin istiqrazlarına 62 investor maraq göstərib
Report.az · 23 oktyabr 2026, 18:17

İqtisadiyyat
EDB Mərkəzi Asiya və Cənubi Qafqaz üçün birbaşa investisiyalar fondunun həmtəsisçisi olub
Report.az · 23 oktyabr 2026, 17:17

İqtisadiyyat
"İri Şəhərlərin Su Təchizatı"nın yeni icraçı direktoru kollektivə təqdim edilib
Report.az · 23 oktyabr 2026, 16:17
