TəciliRuslar Odessa vilayətinin cənublarına hücum edib

TopXəbər

Koşta Qara dənizdə Aİ ölkələrinin sahillərində artan hücumları pisləyib

23 oktyabr 2026, 20:19 · Mənbə: Report.az

Koşta Qara dənizdə Aİ ölkələrinin sahillərində artan hücumları pisləyib

Avropa Şurasının sədri Antonio Koşta Qara dənizdə Avropa İttifaqı (Aİ) ölkələrinin sahillərində artan hücumları pisləyib və Rumıniya sahillərində bu səhər gəmiyə edilən hücum nəticəsində zərər çəkənlərin ailələrinə başsağlığı verib.

Yeniliklərdən dərhal xəbərdar olun!

Avropa Şurasının sədri Antonio Koşta Qara dənizdə Avropa İttifaqı (Aİ) ölkələrinin sahillərində artan hücumları pisləyib və Rumıniya sahillərində bu səhər gəmiyə edilən hücum nəticəsində zərər çəkənlərin ailələrinə başsağlığı verib.

"Report"un Avropa bürosu xəbər verir ki, bunu Aİ Şurasının sədri "X" sosial şəbəkəsində bildirib.

"Zərərçəkənlərin ailələri ilə səmimi həmrəyliyimi ifadə edirəm və onlara ən dərin başsağlığımı bildirirəm", - o qeyd edib.

Koştanın sözlərinə görə, Qara dənizdə Aİ ölkələrinin sahilləri yaxınlığında hücumların sayı artır.

"Belə hücumlar qəbuledilməzdir və dayandırılmalıdır", - o vurğulayıb.

Xatırladaq ki, göyərtəsində Azərbaycan və Ukrayna vətəndaşları olan Komor Adaları bayrağı altında üzən "KHORYV" ticarət gəmisi dron zərbəsindən sonra Qara dənizdə batıb. Azərbaycan vətəndaşları xilas edilib, onlardan biri yüngül xəsarət alıb.

Dünya

ABŞ Rusiya sanksiyalarına dair mövqeyini dəyişib

Kyiv İndependent · 23 oktyabr 2026, 20:49