"Assist Finance İnvestisiya Şirkəti"nin istiqrazlarına 62 investor maraq göstərib
23 oktyabr 2026, 18:17 · Mənbə: Report.az

Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "Assist Finance İnvestisiya Şirkəti" ASC-nin 800 min manatlıq diskontlu, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "Assist Finance İnvestisiya Şirkəti" ASC-nin 800 min manatlıq diskontlu, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
"Report" bu barədə Birjaya istinadən xəbər verir.
Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 8 000 ədəd diskontlu, təmin edilməmiş, sənədsiz, adlı istiqraza 62 investor ümumi dəyəri 1,108 milyon manat olan 64 sifariş təqdim edib. 60 investorun 60 sifarişi icra edilib. Bununla da, yerləşdirmə tam baş tutub.
İstiqrazlar üzrə minimal qiymət 93,5 manat, maksimal qiymət 96 manat, kəsmə qiymət 94,35 manat, ortaçəkili qiymət isə 94,3656 manat müəyyən olunub.
Qiymətli kağızlar 6 ay tədavüldə olacaq. Tədavül müddətinin sonunda nominal dəyər üzrə geri ödəniş ediləcək.
Oxşar xəbərlər

İqtisadiyyat
EDB Mərkəzi Asiya və Cənubi Qafqaz üçün birbaşa investisiyalar fondunun həmtəsisçisi olub
Report.az · 23 oktyabr 2026, 17:17

İqtisadiyyat
"İri Şəhərlərin Su Təchizatı"nın yeni icraçı direktoru kollektivə təqdim edilib
Report.az · 23 oktyabr 2026, 16:17


İqtisadiyyat
"Həzi Aslanov" metrostansiyasında dalanın yenidən qurulması yekunlaşıb
Report.az · 23 oktyabr 2026, 10:48