"İri Şəhərlərin Su Təchizatı"nın yeni icraçı direktoru kollektivə təqdim edilib
23 oktyabr 2026, 16:17 · Mənbə: Report.az

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən "İri Şəhərlərin Su Təchizatı" QSC-nin icraçı direktoru Arif Mərdanov kollektivə təqdim edilib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən "İri Şəhərlərin Su Təchizatı" QSC-nin icraçı direktoru Arif Mərdanov kollektivə təqdim edilib.
Bu barədə "Report"a ADSEA-dan məlumat verilib.
Fotoqalereya
1 / 4Bildirilib ki, təqdimat dövlət şirkətinin Müşahidə Şurasının sədri Xəyyam Məmmədov, üzvü Etibar Məmmədovun iştirakı ilə keçirilib.
Məlumata əsasən, təqdimatdan sonra səhmdar cəmiyyətin qarşısında duran prioritet məsələlər, növbəti dövrlər üçün müəyyən edilmiş hədəflər, su təchizatı, tullantı və yağış sularının səmərəli şəkildə idarə olunması sahəsində xidmətlərin təkmilləşdirilməsi məsələləri müzakirə edilib. Həmçinin qarşıya qoyulan vəzifələrin icrası, fəaliyyətin effektivliyinin artırılması və əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər

İqtisadiyyat
"Assist Finance İnvestisiya Şirkəti"nin istiqrazlarına 62 investor maraq göstərib
Report.az · 23 oktyabr 2026, 18:17

İqtisadiyyat
EDB Mərkəzi Asiya və Cənubi Qafqaz üçün birbaşa investisiyalar fondunun həmtəsisçisi olub
Report.az · 23 oktyabr 2026, 17:17


İqtisadiyyat
"Həzi Aslanov" metrostansiyasında dalanın yenidən qurulması yekunlaşıb
Report.az · 23 oktyabr 2026, 10:48