Tramp: Rusiya və Ukrayna razılaşmaya yaxındır
4 noyabr 2026, 06:16 · Mənbə: Report.az

Rusiya və Ukrayna razılaşmaya yaxındır.
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya və Ukrayna razılaşmaya yaxındır.
"Report"un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu "Financial Times"a (FT) telefonla müsahibəsində bildirib.
"Güman edirəm ki, hər iki tərəf "gəlin razılığa gələk" deyəcək mərhələsindədir", - o deyib.
ABŞ Prezidenti həmçinin iki ölkə arasında sülh danışıqlarında irəliləyişlə bağlı nikbinliyini ifadə edib. Lakin FT qeyd edib ki, Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqları aparanları Trampın nikbinliyini bölüşmürlər.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar 10-11 noyabrda Əbu-Dabidə keçiriləcək. ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun sözlərinə görə, tərəflər müharibədən sonrakı təhlükəsizlik tədbirləri, gərginliyin azaldılması və humanitar səyləri müzakirə edəcəklər. Bu həftə Amerika danışıqçıları Avropa nümayəndələri ilə görüşəcəklər.
Oxşar xəbərlər

Dünya
Tramp: ABŞ Yaxın Şərq ölkələrinin xahişi ilə İrana qarşı daha sərt addımlardan çəkinib
Report.az · 13 noyabr 2026, 04:47


Dünya
İspaniya millisi məğlubiyyətsizlik seriyasını 43 matça çatdırıb
Report.az · 13 noyabr 2026, 04:17

Dünya
Rumıniya ABŞ hərbi kontingentinin ölkədə genişləndirilməsini təklif edib
Report.az · 13 noyabr 2026, 04:17