Tramp: Nüvə güclərinin liderləri ilə yaxşı münasibətlər vacibdir
4 oktyabr 2026, 07:44 · Mənbə: Report.az

ABŞ Prezidenti Donald Tramp nüvə silahı olan dövlətlərin liderləri ilə yaxşı münasibətlərin qorunmasının vacibliyini vurğulayıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Tramp nüvə silahı olan dövlətlərin liderləri ilə yaxşı münasibətlərin qorunmasının vacibliyini vurğulayıb.
"Report"un məlumatına görə, o, bu barədə Ohayo ştatında mitinqdə deyib.
Tramp qeyd edib ki, ondan 23-25 sentyabrda ABŞ-də dövlət səfərində olan Çin Sədri Si Cinpinlə niyə bu qədər dost olduğunu soruşublar.
"Məgər böyük ölkələrin, nəhəng nüvə güclərinin liderləri ilə yola getmək əla deyilmi? Yaxşı münasibətlərə sahib olmaq əla deyilmi?" - ABŞ Prezidenti soruşub.
O, həmçinin Şimali Koreya lideri Kim Çen Inla da yaxşı münasibətlər saxladığını bildirib.
"Biz əla yola gedirik. Mən də Kim Çen Inla yola gedirəm", - Tramp qeyd edib.
Amerika lideri həmçinin İranın nüvə proqramına toxunaraq bildirib ki, Tehranın heç vaxt nüvə başlığı olan raketi olmayacaq.
Oxşar xəbərlər

Dünya
Braziliyada Flavio Bolsonarunun çirkli pulların yuyulmasında iştirakı araşdırılır
Report.az · 19 oktyabr 2026, 08:47


Dünya
Litva qiymətlər və miqrantlara görə sakinlərin xaricə kütləvi axını ilə üzləşib
Report.az · 19 oktyabr 2026, 07:47

Dünya
İranın XİN başçısı yeni hücum olacağı təqdirdə ABŞ-ni cavab tədbiri ilə hədələyib
Report.az · 19 oktyabr 2026, 07:17