Tramp: "Flydubai" təyyarəsini santexnik xilas edib
1 oktyabr 2026, 04:45 · Mənbə: Report.az

ABŞ Prezidenti Donald Tramp bildirib ki, "Flydubai" təyyarəsini əvvəllər heç vaxt təyyarədə uçmamış israilli santexnik xilas edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Tramp bildirib ki, "Flydubai" təyyarəsini əvvəllər heç vaxt təyyarədə uçmamış israilli santexnik xilas edib.
"Report"un məlumatına görə, o, bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Mən bu hadisə ilə bağlı Bibi (İsrailin Baş naziri Binyamin Netanyahu - red.) ilə danışdım. Görünür, ikinci pilot terrorçu və ya dəli olub və pilotu bıçaqlayıb", - Tramp deyib.
Onun sözlərinə görə, əvvəllər heç vaxt təyyarədə uçmamış israilli santexnik oğlanı oturacağından çəkib geri atıb, sükanı ələ keçirib.
"Eşitdiyim hekayə budur. Doğru olub-olmadığını bilmirəm, amma Bibi və bir neçə nəfərdən eşitdiyim hadisə budur", - Amerika Prezidenti bildirib.
Daha əvvəl Dubaydan Təl-Əvivə uçan "Flydubai" təyyarəsi pilot kabinəsindəki pilotlar arasında davadan sonra Səudiyyə Ərəbistanındakı Tabuk Hava Limanına təcili eniş edib. Pilotlardan biri bıçaqlanıb, digəri isə təyyarənin idarəsini ələ keçirməyə cəhd edib. Digər heyət üzvləri və sərnişinlər müdaxilə edib.
"Flydubai" hadisə ilə bağlı araşdırma aparılana qədər İsrailə uçuşları dayandırıb.
Oxşar xəbərlər

Dünya
Nazir: "Birillik bitkilər üçün kreditlərin faizlərini dövlət qarşılayacaq"
Report.az · 5 oktyabr 2026, 13:46

Dünya
Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatları məlum olub
Report.az · 5 oktyabr 2026, 13:46


Dünya
Ermənistanda Serj Sarqsyanla bağlı dövlət əmlakı işi üzrə cinayət işi qaldırılıb
Report.az · 5 oktyabr 2026, 12:15