TopXəbər

Tovuzda iki gənc qızı avtomobil vurub

26 sentyabr 2026, 23:46 · Mənbə: Report.az

Tovuzda iki gənc qızı avtomobil vurub

Tovuzda iki gənc qızı avtomobil vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Qovlar şəhərində qeydə alınıb.

Belə ki, "Range Rover" markalı avtomobil 2010-cu il təvəllüdlü X. Ələkbərovanı və onun həmyaşıdı F. Nəsibovanı vurub.

Bölgə xəbərləri
Bölgə xəbərləri

İlkin məlumata əsasən gənclərdən biri Tovuz rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə, digəri isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.